XEYRİYYƏÇİLİK

Herbalife şirkəti bütün dünyada xeyriyyəçilik fəaliyyəti həyata keçirir. Herbalife Ailə Fondu maliyyələşdirilməsində Herbalife Müstəqil Tərəfdaşlarının iştirak etdiyi qeyri-kommersiya təşkilatıdır. 1994-cü ildə şirkətin yaradıcısı Mark Hyuz tərəfindən əsası qoyulmuş Herbalife Ailə Fondu ehtiyacı olan uşaqlara yardım göstərir. Yaradıldığı andan Fond ehtiyacı olan uşaqlar üçün müxtəlif proqramlara 6,5 mln. dollar keçirərək, onları aclıq, səfalətdən xilas etmiş, təhsil almaq və tibbi yardım imkanı yaratmışdır. Fond həmçinin təbii fəlakətlərdən zərər çəkmiş şəxslərə yardım edir (2004-2005-ci illərdə təbii fəlakət qurbanlarına yardım üçün milyon dollara yaxın vəsait ayrılmışdır ki, buna görə də Fond Qırmızı Xaçın mükafatına layiq görülmüşdür).

CasaHerbalife Fondun uşaqların qidalanmasının yaxşılaşdırılmasına yönəldilmiş beynəlxalq proqramlarından biridir. Bu proqram çərçivəsində Fond müxtəlif ölkələrdəki xeyriyyə təşkilatları ilə əməkdaşlıq edir. Proqram Fondun 1998-ci ildə Rio-de-Janeyroda (Braziliyada) tikdirdiyi uşaq evinin adı ilə adlandırılmışdır. Bütün dünyada 60-dan artıq CasaHerbalife xeyriyyə proqramı işləyir.

Siz də kənarda qalmayın!

Xeyriyyə fonduna pul köçürərək, turlar sifariş edə və mehmanxanalar bronlayaraq, xüsusi suvenirlər alaraq, siz yardımınıza ehtiyacı olanlara kömək edə bilərsiniz – www.herbalifefamily.org saytına daxil olun


Daha ətraflı   

2006, Casa Herbalife South Africa
Casa Herbalife UK


az-AZ | 19.11.2017 2:05:16 | NAMP2HLASPX02