Elm

İnnovasiyalar

Herbalife qida sənayesində bütün şirkətlərin qiymətləndirilməsi üçün standartlar müəyyən etməyə çalışır. Biz düzgün qida elmini bütün dünyada keçirdiyimiz elmi tədqiqatlar vasitəsilə irəli aparırıq. 2003-cü ildən biz məhsulların işlənib hazırlanması və təkmilləşdirilməsi prosesini yaxşılaşdırmaq üçün elmi-tədqiqat işlərinə investisiyaları əhəmiyyətli dərəcədə artırmışıq.

Daha ətraflı



Keyfiyyətə nəzarət

Məhsulların tamlığı, təhlükəsizliyi və effektivliyi Herbalife şirkəti üçün həmişə prioritet olmuşdur. Biz daima hər bir formulunun arxasında ən son elmi işləmələrin durduğu innovativ qida məhsullarının təqdim olunması öhdəliyimiz çərçivəsində daima yeni texnologiyalar və elmi tədqiqatlara investisiyalar yatırırıq. Bizim məhsullarımızda istifadə olunan inqrediyentləri bir çox digər qida məhsullarında tapmaq olar. Herbalife məhsulları üçün istifadə olunan xammal (qida inqrediyentləri də daxil olmaqla) yoxlanmış və mötəbər tədarükçülərdən daxil olur, məhsullarımız isə sənayedə müəyyən edilmiş keyfiyyət standartlarına müvafiq şəkildə istehsal olunur. Bütün məhsulların keyfiyyəti Herbalife laboratoriyasında ən qabaqcıl test avadanlığında yoxlanılır, keyfiyyətin idarə olunması komandası isə şirkətin bütün tədarükçülərinin yüksək tələb və standartlara müvafiqliyinin mütəmadi yoxlanmasını həyata keçirir.

Daha ətraflı


Daha ətraflıKlinik tədqiqatlar

Herbalife şirkəti məhsullarının effektivliyinin müəyyən edilməsi məqsədilə bütün dünyada aparıcı universitetlərlə əməkdaşlıq etməklə, onların klinik tədqiqatını aparır. Hazırda Formula 1 proteinli kokteylinin istifadəsinə həsr olunmuş artıq dörd klinik tədqiqat aparılmışdır: biri – Los-Ancelesdə Kaliforniya Universitetində*, digəri - Ulma Universitetində (Almaniya), üçüncüsü – Milli Seul Universitetində (Koreya) və dördüncüsü – RMEA Qida ETT (Rusiya) klinikasının bazasında. Aparılmış tədqiqatlar göstərmişdir ki, Herbalife məhsullarından istifadə etməklə çəkinin azaldılması proqramı standart az kalorili pəhrizlə müqayisədə daha effektivdir. Həmçinin Los-Ancelesdə Kaliforniya Universitetində Niteworks məhsulunun klinik tədqiqatı zamanı müəyyən edilmişdir ki, ondan istifadə etdikdə 50 yaşından 73 yaşınadək kişilərdə anaerob hədd yüksəlmişdir. * Kaliforniya Universiteti müstəqil təşkilat kimi heç bir tövsiyə verə, yaxud bu və ya digər məhsulu təqdir edə bilməz.

Daha ətraflı


Tam istehsal dövrəsi

Herbalife şirkəti öz fəaliyyətini həyata keçirdiyi ölkələrdə tənzimləyici orqanların tələblərinə riayət edir. Şirkət tərəfindən Misella Laboratoriyasının – Kaliforniyada yerləşən qida məhsulları və qida əlavələri istehsalçısının əldə olunması sayəsində biz sadiq Müstəqil Tərəfdaşlarımız və müştərilərimizə maksimal keyfiyyətli məhsul və keyfiyyətli dəstəyi təmin etmək üçün məhsulların işlənməsi prosesini yaxşılaşdırmaq və tədarüklər sistemini təkmilləşdirmək imkanı əldə etmişik. Bundan başqa, bu biz bazara yeni məhsullar çıxarılması prosesini sürətləndirərək, eyni zamanda istehsalat prosesinin hər bir mərhələsində - əkilmiş toxumdan tutmuş yekun məhsul alınanadək onların keyfiyyətinə nəzarət etmək imkanı vermişdir.

Daha ətraflı



Elmi-konsultasiya şurası

Məhsulun keyfiyyətinin və elmi tədqiqatların dəqiqliyinin təmin edilməsi üçün Herbalife şirkətində dünyanın müxtəlif ölkələrindən düzgün qidalanma və yaxşı əhval-ruhiyyə sahəsində aparıcı müstəqil ekspertlərdən ibarət Elmi-konsultasiya şurası yaradılmışdır. Müstəqil ekspertlər şurası yeni məhsulların yaradılması sahəsində şirkətin işləmələrini istiqamətləndirir, Herbalife Müstəqil Tərəfdaşlarının təlimində, həmçinin sağlam həyat tərzi və balanslaşdırılmış qida ideyalarının yeridilməsində iştirak edir.

Daha ətraflı



Herbalife elmi mərkəzi

Los-Ancelesdə Herbalife Plazada yeni müasir elmi mərkəz açılmışdır. Görkəmli mütəxəssislər və alimlərdən ibarət komanda Herbalife məhsullarının yaradılması üçün ən müasir texnologiyaları tətbiq edir. 2003-cü ildə Herbalife şirkətinin dəstəyi ilə Kaliforniya Universitetində İnsan qidalanma mərkəzinin nəzdində Mark Hyuz adına hüceyrə və molekulyar qida laboratoriyası yaradılmışdır. Herbalife şirkəti üçün bu onun missiyasının həyata keçirilməsinin bir hissəsinə çevrilmişdir - ən proqressiv tədqiqat və texnologiyalar vasitəsilə qida elmini irəli aparmaq.

Daha ətraflı





az-AZ | 19.11.2017 2:07:16 | NAMP2HLASPX02