Herbalife və Federal Ticarət Komissiyası tənzimlənməyə dair saziş bağlayırlar

Saziş birbaşa satış şirkəti kimi Herbalife biznes modelini dəyişməyəcək

Herbalife Direktorlar Şurası dövriyyədə olan adi səhmlərin 34,99%-nin Karl Aykan tərəfindən əldə olunmasına icazə verir

Los-Anceles - 15 iyul 2016-cı il -- sağlam qida sənayesində fəaliyyət göstərən Qlobal şirkət - Herbalife Ltd. (NYSE: HLF) (“Herbalife” və ya “Şirkət”) şirkət barəsində uzun müddətdir ki həyata keçirilən araşdırmanın tənzimlənməsi barədə Federal Ticarət Komissiyası (“FTC” və ya “Komissiya”) ilə sazişin bağlanması barədə bəyan etdi. Sazişin şərtləri birbaşa satış şirkəti kimi Herbalife biznes modelini dəyişməyəcək və faktiki olaraq bu sahədə yeni iş standartları təyin edir. Tənzimlənməyə dair sazişin elan olunmasından etibarən FTC Herbalife barəsində araşdırmanı başa vurur.

Bundan əlavə, Herbalife şirkəti İllinoys ştatının baş prokuroru ilə tənzimlənməyə dair saziş bağlayıb ki, bu sazişə əsasən də şirkət bu ayrıca saziş çərçivəsində 3 milyon ABŞ dolları ödəyəcək. İllinoys ştatının keçirdiyi araşdırma başa çatdıqdan sonra şirkətə digər ştatların baş prokurorları tərəfindən keçirilən digər hər hansısa bir araşdırma barəsində heç nə məlum deyil.

“Tənzimlənməyə dair bağlanmış sazişlər biznes modelimizin tutarlı olmasını sübut edir və şirkətin öz biznesini müvəffəqiyyətlə inkişaf etdirmək iqtidarında olduğuna əminliyimizi göstərir, əks halda biz bu şərtlərlə razılaşmazdıq”, - deyə Herbalife-ın idarə heyətinin sədri və baş icraçı direktor Maykl O. Conson (Michael O. Johnson) bildirib.

Şirkət komissiya tərəfindən verilmiş bəyanatların bir çoxunun faktiki olaraq yanlış olduğunu düşünsə də, şirkət tənzimlənməyə dair sazişin bağlanmasının tam olaraq şirkətin maraqları çərçivəsində olduğunu düşünür, çünki əks halda şirkət əhəmiyyətli dərəcəli maliyyə xərclərinə məruz qalardı, uzanan məhkəmə işi isə əlavə gücün sərf olunması ilə nəticələnərdi, halbuki aparılan araşdırma çərçivəsində FTC ilə iki ildən artıq çəkmiş əməkdaşlıqdan sonra şirkət sadəcə olaraq işi davam etdirmək istəyirdi. Üstəlik şirkətin menecmenti artıq biznesin inkişaf etdirilməsi və yeni strateji biznes imkanlarının öyrənilməsi üçün bütün gücünü cəmləşdirə biləcək.

Şirkətin Direktorlar Şurası (“Şura”) tənzimlənməyə dair sazişə yekdilliklə razı olub və könüllü olaraq saziş şərtlərinə tam riayət olunmanı təmin edəcək nəzarət üzrə Komitə (“Komitə”) təsis edib. Bundan əlavə, Şura hazırda baş hüquq məsləhətçisinin müavini və korporativ tənzimlənmə və nəzarət şöbəsinin direktoru vəzifəsini icra edən Henri Vanqı (Henry Wang) bu məsələlər üzrə bilavasitə Komitəyə hesabat vermə öhdəliyi ilə razılıqların reallaşdırılması üzrə görüləcək tədbirlərə rəhbərlik etməyə dəvət edib. Bundan başqa hazırda distribütorlarla qlobal işlər və korporativ tənzimlənmə üzrə baş vitse-prezident vəzifəsini icra edən və bir vaxtlar Federal Ticarət Komissiyasının xüsusi səlahiyyətli komissarı olmuş Pamela Cons Harbor (Pamela Jones Harbour) distribütorlarla iş zamanı təyin olunmuş tələblərin riayət olunması üzrə yeni təşəbbüslərin həyata keçirilməsinə nəzarət üçün təyin olunub.

Komitənin nəzarət üzrə fəaliyyəti Şuranın sifarişçilərin müdafiə mexanizmlərinin daimi yaxşılaşdırılması sahəsindəki sahəyə rəhbərlik etməyə və onların daha çox məmnun qalmasına yönəldilmiş təşəbbüslərini təkmilləşdirmək üçün nəzərdə tutulub. Son bir neçə il ərzində Şura tənzimləyici tələblərə əməl edilmə məsələləri və qabaqcıl təcrübələrin tətbiqi üzrə konsultasiyalar üçün istehlakçıların müdafiəsi sahəsində ekspertlər cəlb edib ki, bunun da nəticəsində şirkət artıq siyahısı hazırkı sazişin bağlanması ilə genişlənmiş bir çox təkmilləşdirilmiş zəmanət həyata keçirib.

Tənzimlənmə şərtləri yalnız payına ümumi təmiz satış həcminin təqribən 20%-i düşən şirkətin ABŞ-dakı satışlarına tətbiq olunur. Tənzimlənmə çərçivəsində şirkət yeni prosedurların tətbiqinə və artıq fəaliyyət göstərən bəzi siyasətlərin təkmilləşdirilməsinə razı olub. Razılaşdırılmış şərtlərin çoxu ya şirkət tərəfindən artıq baxılıb, ya da artıq mövcud təcrübələrin davamıdır və yaxın 10 ay ərzində həyata keçiriləcəkdir. Sazişin iki əsas tərkib hissəsi aşağıdakı müddəalardır:

  1. Hal-hazırda Herbalife-ın üzvü olan o cümlədən Herbalife-a qoşulan şəxslər imtiyazlı iştirakçılar (imtiyazlı iştirakçılar məhsulları endirimlə almaq hüququna malikdirlər) və ya distribütorlar (birbaşa satış modelindən istifadə edərək biznes qurmaq və məhsul satmaq istəyənlər) kateqoriyasına daxil ediləcəklər. Bu cür tədbir Herbalife-a hər iki kateqoriyaya effektiv şəkildə nəzarət etməyə və bu şəxslər üçün şəxsləndirilmiş xidmət təmin etməyə imkan yaradacaq.
  2. Distribütorlar pərakəndə satış faktı üzrə kompensasiyalar əldə edəcək və onlar tərəfindən həyata keçirilmiş tranzaksiyaları sənədlərlə təsdiq etməli olacaqlar. Onların kompensasiyası bu alış-verişlərin yol verilən hədlər çərçivəsində olması təqdirində şəxsi istifadə məqsədlərində onlar tərəfindən məhsulun əldə olunmasını nəzərə alacaq. Hazırda Herbalife-ın müstəqil tərəfdaşları satış əməliyyatlarını (sales transaction receipts) təsdiqləyən sənədi yəni qəbzləri özlərində saxlamalıdırlar. Mobil texnologiyaların inkişafı ilə pərakəndə satışa nəzarətin edilməsi daha da asan və rahat olur və şirkət artıq özünə aid texnoloji həllər, o cümlədən bu prosesi mümkün qədər sadə və effektiv edən ABŞ üçün proqram hazırlayıb.

Sazişin digər şərtləri: distribütorlar üçün təlim prosesinin optimallaşdırılması; şəxsi qidalanma klubunun açılmasından əvvəl biznes-plan təqdim edəcək və bir il çəkən gözləmə müddətinin başa çatma zərurəti tələb edəcək; distribütor tərəfindən şirkətə ilkin üzvlük paketinin qaytarılma müddətinin uzadılması; məhsulun qaytarılması ilə bağlı göndərmələr üzrə bütün xərclərin ödənilməsi; məhsulların avtomatik göndərilməsinə qadağa; müstəqil kənar təşkilatlar tərəfindən auditlərin aparılması; və gəlir iddiaları barəsində müdafiə mexanizmlərinin genişləndirilməsi və həmçinin vəd edilən həyat tərzi haqqında daha ətraflı məlumatların verilməsi.

Federal Ticarət Komissiyasının 1979-ci ildə Amway barəsində qərarı  (In the Matter of Amway Corporation Inc., et. al. – Amway Corporation Inc. və digərlərinin işi üzrə) kimi şirkətin bu gün razılaşdırılmış prosedurların bütün birbaşa satış və çox səviyyəli marketinq sənayesi üçün oriyentir rolu oynayacağına arxalandığını da qeyd etmək vacibdir. Beləliklə şirkət əlavə şərtlərdən bəzilərinin şirkətin biznesinə əhəmiyyətli təsir göstərməməsinə baxmayaraq bu halların bütün sahə miqyasında biznesin aparılması prinsiplərinə kömək edəcəyini hesab edir. Məsələn, hələ bir neçə il bundan öncə şirkət məhsulların avtomatik göndərilməsi barəsində istehlakçıların müdafiəsinə dair daha ciddi qaydalar qəbul etmişdi və bu gün belə bir təcrübənin payına şirkətinin bütün satışlarının 1%-i düşür. Analoji olaraq Herbalife-ın ABŞ-dakı satışlarının ümumi həcmində qaytarılan məhsulların payı yalnız 0,02% təşkil edir, buna görə də qaytarılan malların yenidən göndərilməsi ilə bağlı xərclərin şirkət tərəfindən ödənilməsinin şirkətin biznesinə minimal təsir göstərəcəyi gözlənilir. Bu dəyişikliklərlə bağlı xərclərin Herbalife üçün böyük əhəmiyyət kəsb etməyəcəyi gözlənilsə də onlar böyük ehtimalla bütün sahədə əhəmiyyətli dəyişikliklərə gətirib çıxaracaq.

Bundan başqa, şirkətin 5 may 2016-cı il tarixli informasiyasının ictimaiyyətə açılmasında da artıq bildirildiyi kimi, Herbalife bu təmzimlənmə çərçivəsində FTC-nın xeyrinə  200 milyon ABŞ dolları həcmində məbləği ödəməyə razılıq verib.

Eyni zamanda şirkət Karl K.Aykana (Carl C. Icahn), Icahn Enterprises Holdings L.P. şirkətinə və onlarla bağlı ayrıca şəxslərə (ümumiləşdirilmiş surətdə "Aykan tərəfi") Herbalife-da maksimal mövqe həcmini  şirkətin 25% həcmindəki əvvəlki limitindən dövriyyədə ola adi səhmlərinin 34,99%-nə qədər artırmasına icazə verdiyini bildirdi. Hazırda Aykan tərəfi Herbalife-ın adi səhmlərinin 17 milyonuna sahibdir, bu isə dövriyyədə olan bütün adi səhmlərin təqribən 18.3%-ni təşkil edir. 13 nəfərdən ibarət Herbalife Direktorlar Şurası Aykan tərəfinin təyin edilmiş beş üzvü yenidən özünə daxil etməli olacaq.

“Mən hər zaman Herbalife-ın sarsılmaz binövrəsinə inanmışam və mən direktorlar şurasının mənim şirkətdəki mövqe limitimi dövriyyədə olan səhmlərin  25%-dən 34,99%-dək artırmaq qərarına gəldiyinə çox şadam. Mənim investisiyalarımın uğuru əsasən birbaşa olaraq kapitalların predmetinin hərtərəfli öyrənilməsi və şirkətlərin üzləşdiyi çətin və spesifik problemlərin başa düşülməsi ilə bağlıdır - deyə Karl Aykan bildirib. – Mən Herbalife-ın baş icraçı direktoru Maykl Consona və eləcə də şirkətə bütün çətinlik və sınaqları keçməyə, həmçinin dəfələrlə hər kəsə şirkətin bağlanacağını bildirən Bil Ekman (Bill Ackman) tərəfindən Herbalife-a qarşı qaldırılan irimiqyaslı PR-kampaniyanın qarşısını almağa ustalıqla kömək edən bütün idarəetmə komandasına tamamilə güvənirəm. Aydındır ki, biz biznesimizi davam etdiririk”.

Amerikanın iqtisadiyyatında əlavə gəlir əldə etmək imkanı axtaran şəxslər az deyil və Herbalife məhsullarını satmağa  üstünlük verənlər onlardan heç nə ilə fərqlənmirlər. Uber, Airbnb və Etsy kimi şirkətlər zəhmətkeş vətəndaşlara bazara asan daxil ola biləcəkləri və öz şərtləri əsasında işləyəcəkləri əlavə gəlir imkanı təklif edir. Elə tək Birləşmiş Ştatlarda birbaşa satış sənayesində işləyənlərin sayının 18 milyon nəfərdən çox, malları həmin şəxslərdən alan istehlakçıların sayının isə 156 milyondan çox olduğu hesab olunur. 35 milyard dollar dövriyyəsi olan Amerikanın birbaşa satış sənayesinin bütün mahiyyəti əhaliyə özü özünün rəisi olmaq imkanı vermək, öz iş qrafikini təyin etmək və şəxsi qərarlar verməkdən ibarətdir. Şirkət tənzimlənməyə dair hazırkı sazişin bu vacib sahənin möhkəmlənməsinə və təkmilləşdirilməsinə  kömək edəcəyini hesab edir.

Balanslaşdırılmış qida üçün Herbalife xidmətlərinin və məhsullarının istifadəsi zamanı istehlakçı məmnuniyyəti şirkət üçün birinci dərəcəli əhəmiyyətə malikdir və bütün vicdanlı şirkətlər kimi son on il ərzində Herbalife bütün sifarişçiləri və 4 milyondan çox olan imtiyazlı iştirakçıları və müstəqil tərəfdaşları üçün ən yaxşısını vermək üçün bir sıra yeni qayda və təcrübə həyata keçirmişdir. Herbalife əvvəlki kimi müstəsna xidmət keyfiyyəti təmin etmək üçün bütün sifarişçilər və müstəqil tərəfdaşlarla işləməyə və istehlakçı hüquqlarının qorunması üçün vasitələr hazırlamağa çalışır.

Araşdırmaların başa çatmasına nail olduqdan sonra Herbalife gələcəyə nikbinliklə baxır və şirkətin səhmləri üzrə qısa mövqe açan şəxslərin nəhayət ki öz səhvini və düşüncələrinin əsassız olduğunu anlayacaqlarına ümid edir. Bundan başqa, Herbalife ümid edir ki, gələcəkdə bazarın manipulyasiya edilməsinə yönəldilmiş istənilən kampaniyalara və hətta bu cür üç ildən çox davam etmiş və nüfuzuna dəymiş əhəmiyyətli zərərdən və investorların inamını itirilməsindən savayı milyarderə yüz milyon dollara başa gəlmiş misli görünməmiş demarşa belə uğurla davam gətirə biləcək.

Əlavə məlumat əldə etmək üçün www.Herbalife.com/StrongerThanEver saytına müraciət etməyiniz xahiş olunur.

Herbalife şirkəti haqqında məlumat:

Herbalife sağlam həyat tərzi sənayesində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkət 1980-ci ildə Los-Ancelesdə təsis olunub və bu gün Herbalife məhsulları 90-dən çox dünya ölkəsində Müstəqil Tərəfdaşlar vasitəsilə yayılır.

Herbalife yüksək keyfiyyətli məhsullar hazırlayıb onları təklif edərək və balanslaşdırılmış qidalanma sahəsində fərdi yanaşma təqdim edərək, istehlakçılarımızı sağlam qidalanma vərdişlərinə əməl etməyə, çəkilərinə nəzarət etməyə və aktiv və sağlam həyat tərzi aparmağa ilhamlandıran atmosfer yaradaraq insanlara  artıq çəki  və zərərli vərdişlərlə mübarizə aparmağa kömək edir.

Hazırda şirkətin bütün dünya üzrə 8 mindən artıq əməkdaşı var; şirkətin səhmləri Nyu-York fond birjasında (NYSE: HLF) satılır, şirkətin xalis satış həcmi isə 2015-ci ildə 4,5 milyard ABŞ dolları təşkil edib. Daha ətraflı məlumat əldə etmək üçün Herbalife.com və ya IAmHerbalife.com saytına müraciət edin.

PROQNOZ XARAKTERLİ İDDİALAR

Hazırkı press-reliz özünə özəl qiymətli kağızlar üzrə mühakimə üsulu islahatlar haqqında 1995-ci il tarixli Qanunun "təhlükəsiz liman haqqında" müddəaların şərhinə əsasən "proqnoz xarakterli iddialar"ı daxil edir. Proqnoz xarakterlibəyanatlarımızdan istənilən birindəki gözləntilərin əsaslandırılmış olduğunu hesab etsək də faktiki nəticələr proqnoz xarakterli bəyanatlarımızın hər birində olan proqnozlaşdırılan və ya ehtimal olunanlardan fərqlənə bilər. Bizim gələcək maliyyə vəziyyətimiz və fəaliyyət nəticələrimiz,  o cümlədən istənilən proqnoz xarakterli bəyanatlarımız dəyişə bilər və çap edilmiş və ya qiymətli kağızlar və birjalar üzrə Komissiyaya təqdim olunmuş hesabatlarımıza istinadın verilməsi ilə qeyd olunmuşlar da daxil olmaqla bir sıra risk və qeyri-müəyyənliklər nəzərdə tutur. Aşağıda faktiki nəticələrimizin, göstəricilərimizin və nailiyyətlərimizin və ya sahə nəticələrimizin bizim proqnoz xarakterli bəyanatlarımızdakı qiymətləndirmələrdən və ya ehtimallardan əhəmiyyətli dərəcədə fərqlənməsinə səbəb ola biləcək əsas amillərdən yalnız bir neçəsi verilir:

  • Bizim distribütorlarla və ya imtiyazlı iştirakçılarla qarşılıqlı münasibətlərimiz və onların hərəkətlərinə təsir edə bilmə qabiliyyətimiz;
  • Əməkdaşlarımızın, distribütorların və ya imtiyazlı iştirakçıların mövcud qanunvericiliyin pozulması ilə bağlı qanunsuz hərəkətləri;
  • Məhsullarımızın və ya şəbəkə marketinqi təşkilininin, o cümlədən bazarı və mövcud qanunvericiliyə riayət olunmaya dair tənzimləyiciləri sakitləşdirmək bacarığımızın KİV-də mənfi şəkildə işıqlandırılması;
  • İstehlakçı istəklərinin və tələbatlarının dəyişməsi;
  • Biznesimizin rəqabətə davamlılığı;
  • Məhsullarımıza dair reqlament məsələləri, o cümlədən fəaliyyət göstərdiyimiz birbaşa satış bazarına dair hərəkətlər, həmçinin Federal Ticarət Komissiyası və İllinoys ştatının baş prokuroru ilə münasibətlərin tənzimlənməsi üzrə tədbirlər də daxil olmaqla məhsullarımızın və şəbəkə marketinqi proqramlarının təhlükəsizliyi və effektivliyi ilə bağlı hakimiyyət və ya tənzimləyici orqanların mümkün hərəkətləri;
  • Şəbəkə marketinqi proqramımızın qarşısında duran hüquqi məsələlər;
  • Beynəlxalq fəailiyyət ilə bağlı risklər, xüsusilə Venesuela kimi ökələrdə valyuta məzənnələri, inflyasiya dərəcəsi, işdə fasilələr və bizim kənar idxalatçılarımızla münaqişələr, qiymət qoyma məsələləri və valyuta devalvasiyası riskləri də daxil olmaqla iqtisadi amillər;
  • Çində birbaşa satışa dair qanunvericiliyin şərhi və tətbiqi ilə bağlı qeyri-müəyyənliklər.
  • Çində birbaşa satış biznesimizin genişlənməsi üçün lazımi lisenziyaları əldə etməkdə  iqtidarsızlığımız;
  • Çin iqtisadiyyatında mənfi dəyişikliklər;
  • Mövcud bazarlara daxil olma amilindən asılılığımız;
  • Biznesi genişləndirmək bacarığımıza təsir edən müqavilə üzrə məhdudiyyətlər;
  • IT-infrastrukturumuzdan və xarici  tədarükçülərdən asılılığımız;
  • Əmtəə nişanlarının və digər əqli mülkiyyət hüquqlarının kifayət etməsi;
  • Məhsulların konsentrasiyası;
  • Distribütorlarımızdan və ya baş rəhbərlikdən asılılığımız, onların  distribütorlarla və ya  imtiyazlı iştirakçılarla qarşılıqlı münasibətlərimizə və eləcə də fəaliyyətimizin nəticələrinə mənfi təsir göstərə biləcək itkiləri və ya ölümləri;
  • Beynəlxalq əməliyyatlarımıza tətbiq oluna biləcək Amerikanın və digər ölkələrin qanunvericilikləri;
  • Kreditləşmə mənbələrimiz üzrə müqavilə öhdəlikləri ilə bağlı məhdudiyyətlər;
  • Transfer qiymət qoymanın, rüsumların, ƏDV-nin və digər vergi qanunvericiliyinin və onunla bağlı dəyişikliklərin tətbiqi ilə əlaqədar qeyri-müəyyənliklər;
  • Vergi qanunvericiliyində, müqavilələrdə və ya tənzimləyici standartlarda və ya onların şərhində dəyişikliklər;
  • İmtiyazlı iştirakçılarımıza və ya distribütorlarımıza uyğun olan vergiqoyma;
  • Məhsulun keyfiyyəti ilə bağlı iddialar;
  • Kayman adalarının yurisdiksiyasında şirkətin inkorporasiyası;
  • Açıq bazarlarda və ya digər şəkildə şirkətimiz tərəfindən şəxsi səhmlərin alınması imkanı; və
  • Hər şeydən öncə birjalarda spekulyativ hərəkətlər və adi səhmlərimiz üzrə bəzi treyderlər tərəfindən yerləşdirilən qısa mövqelərlə bağlı səhmlərin qiymətində dəyişikliklər.

Biz üzərimizə proqnoz xarakterli bəyanatlardan hər hansı birinin yenilənməsi və ya yenidən baxılması və ya relizin dərc olunmasından sonra istənilən hadisələr və ya vəziyyətlər barədə məlumatın əlavə olaraq nəşr olunması üzrə və ya qanunvericiliyin tələb etdiyi hallar istisna olmaqla  gözlənilməz hadisələr barədə məlumatlandırma üçün öhdəlik götürmürük.

Sənədin ilk versiyası ilə aşağıdakı ünvanda tanış olmaq olar businesswire.com: http://www.businesswire.com/news/home/20160715005374/en/



az-AZ | 20.09.2017 9:21:24 | NAMP2HLASPX01